02 June 2018

2 deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilir

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilir.

Nümayəndə heyətinin tərkibinə rotasiya qaydasında dəyişiklik edilir. Belə ki, AŞPA-dakı nümayəndə heyətinin tərkibinə deputatlar Naqif Həmzəyev və Çingiz Qənizadənin yeni üzv seçilməsi təklifi irəli sürülüb.

Bakıda attraksiyon aşdı, uşaqlar altında qaldı – Video

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Bakıda uşaqlar üçün hazırlanan pulsuz əyləncə proqramlarında dəhşətli anlar yaşanıb.

Uşaqlar üçün quraşdırılmış şişirdilmə böyük rezin sürüşkəni külək aşırıb. Bir neçə dəfə çevrilən sürüşkən ərtrafda əylənən uşaqların üzərinə aşıb.