01 June 2018

Əfv sərəncamı ilə bağlı dələduzluq edən şəxs yaxalandı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə imzalanan əfv sərəncamına məhkumların adlarının salınması adı ilə onların yaxın adamlarından pul alan şəxslə cinayət işi başlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Əfv Məsələləri Komissiyası və Baş Prokurorluğunun birgə məlumat yayıb.

Akif Çovdarov 9 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov, nazirliyin digər vəzifəli şəxsləri Səlim Məmmədov və Orxan Osmanov cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə APA-ya Çovdarovun vəkili Kamandar Nəsibov deyib.

Azərbaycanda “Ai-92” markalı benzin qıtlaşacaq

“İllik əsaslı təmir işləri Neft Emalı zavodu ilə yanaşı, “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda da həyata keçiriləcək. Neft Emalı Zavodunda istehsal 1 ay, Etilen-Polietilen Zavodunda isə 40-45 gün ərzində dayandırıla bilər. Lakin işlərin gedişatından asılı olaraq müddət dəyişə bilər”,- deyə vitse-prezident qeyd edib.