16 May 2018

Azərbaycan Həcc ziyarətinə əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər

Azərbaycan Həcc ziyarətinə kvotadan əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanı Krallığına müraciət edə bilər.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota üzrə 1440 zəvvar sənəd verib. Ancaq Həcc ziyarəti üçün əlavə müraciət edənlər var və müraciətlər davam edir.

Vəkil: Mirfeyzullah Seyidovun səhhəti çox ağırdır

“Həm mətbuat vasitəsi ilə, həm də yazılı olaraq baş prokuror Zakir Qaralova müraciət edərək Mirfeyzullah Seyidovun səhhəti ilə əlaqədar həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı təqdimat verilməsi məsələsinə baxılmasını xahiş edirəm”.

Bu barədə vəkil Cavad Cavadovun baş prokuror Zakir Qaralova müraciətində deyilir.

700 bal toplayan abituriyentlər

Xəbər verdiyimiz kimi, mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 7 nəfər 700 bal toplayıb. 

II qrup üzrə 2 nəfər maksimum nəticə göstərib. Onlardan biri Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadədir.

Fərman Ceyranlı azadlıq istəyir

Mayın 15-də Gürcüstan Apellyasiya Məhkəməsində bu ölkədə həbsdə olan cərrah, “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlının məhkəməsi davam etdirilib. Prosesdə Ceyranlının və dövlət ittihamçısının çıxışları dinlənib.

Bu haqda Azadlıq Radiosuna cərrahın qızı Lalə Hüseynli məlumat verib.