15 May 2018

Gəncədə baş verənlərlə bağlı məhkəmə: "Kimsə başıma daşa bənzəyən əşya ilə vurdu"

Gəncə şəhərində baş verən insidentlə bağlı məhkəmə prosesi davam edir. 30 oktyabr 2017-ci ildə Gəncə şəhərində yerləşən İmamzadə ziyarətgahında ziyarətçilərlə polis əməkdaşları arasında yaranan qarşıdurmada bir neçə polis əməkdaşı yaralanıb. Hadisə ilə bağlı cinayət işi başlanıb. Təqsirləndirilən Firudin Zeynalov və digər 6 şəxsin işinə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində baxılır. Onlar Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 221.3-cü (Xüliqanlıq) maddələrini pozmaqda ittiham olunurlar.

Qapalı görüşdə Paşinyan Putinə Azərbaycanla bağlı nələr deyib?

Dünən Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın görüşü oldu. Ermənistanda Qərb institutları tərəfindən maliyyələşdirilən və Serj Sarkisyanın istefası, eləcə də son 10 ildə ölkəni idarə edən Respublika Partiyasının müxalifətə keçməsi ilə nəticələnən inqilab fonunda bu görüş diqqətəlayiq idi.