12 May 2018

Penitensiar Xidmətin əməkdaşlarının həbs müddəti artırıldı

Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov barəsində həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Deputatların maaşı artırıldı

Azərbaycanda deputatların vəzifə maaşı artırılıb. AzərTAc-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Azərbaycanda ilk dəfə sarı pendir İstehsal olunacaq - ABŞ-la tərəfdaşlıq sayəsində

Bu gün ABŞ səfirliyinin səfir müavini vəzifəsini müvəqqəti icra edən Karter Vilbur və Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Saatlı rayonunun Günəşli kəndində təmirdən çıxmış süd toplama və emalı müəssisəsinin açılışını ediblər. Səfirlikdən Trend-ə verilən məlumata görə, həmin müəssisə Azərbaycanda ilk dəfə sarı pendir istehsal edəcək.