11 May 2018

Sabiq AXCP üzvü də saxlanılıb və harada olduğu bəlli deyil

Sosial şəbəkələrdə yayılan xəbərlər təsdiq edir ki, iki gün əvvəl Azərbaycanda daha bir nəfər sabiq AXCP üzvü həbs edilib. Onun, faktiki olaraq oğurlandığı bildirilir və harada saxlanıldığı bəlli deyil. Bu, 1992- 93- cü illərdə Gədəbəy rayonunda icra başçısı vəzifəsində işləyən, çoxdandır ki, Rusiyada yaşayan və Rusiya vətəndaşı olan sabiq AXCP üzvü Saleh Rüstəmovdur. Ona qarşı hansı ittihamın irəli sürüldüyü və hansı əsaslarla saxlanıldığı bilinmir.

Yoxlamanın nəticəsi açıqlandı: “181 ölüyə pensiya yazılıb”

2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə təsdiq edilmiş proqnoz 93,5% icra edilməklə 1 mlrd. 920 mln. 994,8 min manat vəsait yığılıb, ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 mln. 612,2 min manat və ya 6,7% artaraq 342 mln. 877,2 min manat təşkil edib.

Ruhani səssizliyini pozdu

İran prezidenti Həsən Ruhani İsrailin Suriyanı bombalamasından sonra ilk dəfə danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani Almaniya kansleri Angela Merkellə telefon danışığı apardığını və bəzi məsələlərə aydınlıq gətirildiyini bildirib.

Gömrükçü general ev dustağı edildi

Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyə uzanan cinayət işi davam edir. Gununsesi.info-nun xəbərinə görə, Tibbi Xidmət İdarəsinin rəisi,  gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevə ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

1400 məhkum əfv edildi

Sudan hökuməti müxtəlif həbsxanalarda saxlanılan 1400 efiopiyalı məhkumu sərbəst buraxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Efiopiya baş naziri Abiy Əhmədin ötən həftə Sudana səfəri zamanı bu məsələ barədə müzakirələr aparmış və Sudan rəsmiləri məhkumları azad edəcəyi sözü vermişdi.