10 May 2018

Abbas Hüseynovun anası: "Oğlumu çarmıxa çəkiblər"

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynova Qobustan həbsxanasında işgəncələr davam edir.

Bu barədə Rakurs TV-ə onun anası Rəhimə Hüseynova məlumat verib. Rəhimə Hüseynova deyir ki, iki gündür Abbası həbsxanada çarmıxa çəkirlər: 

"Hər gün səhər kameradan çıxarıb, günün altında dəmir dirəyə bağlayıb, axşama qədər bu vəziyyətdə saxlayırlar. İnsan insana belə zülm edər?"

ABŞ Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçirilib

Ötən gün ABŞ Konqresi Helsinki Komissiyasında Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirilib.

Komissiyanın siyasi müşaviri Everet Prays qeyd edib ki, Azərbaycan hakimiyyəti indiki rejimin 2025-ci ilə qədər saxlanmasını legitimləşdirmək üçün konstitusiyaya dəyişikliklər edib.

Bakıda məktəb yanır

Bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın başlayıb. Lent.az-a verilən xəbərə görə, şagirdlər dərhal təxliyə olunub və ilkin nəticələrə görə yanğına qısa qapanma səbəb olub. Yanğınsöndürmə və təcili tibbi maşınlar əraziyə cəlb olunub.

II və III ixtisas qrupları bu tarixdə qəbul imtahanı verəcək

Mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata görə, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Daha bir cəbhəçi həbs olundu

Polis AXCP-nin daha bir üzvünü saxlayıb. Lakin bu barәdә ailәsinә tәxminәn bir gün sonra xәbәr veriblәr. Mirfeyzulla Seyidov dünən günorta saatlarından yoxa çıxıb, onun axtarılmağı da nәticә vermәyib. Bu gün Nərimanov rayon Polis idarəsindən onun ailəsinə zəng edib orda saxlandığını deyiblər. Saxlanmanın səbəbləri haqqında məlumat verilməsə də, ailəsinə deyilib ki, tez bir zamanda ona lazım olan dərmanları çatdırsınlar.

Cəbhəçi gənc Elmar Hüseynovun məzarı başındakı çıxışına görə şərlənib həbs olundu

Orxan Baxışlı Elmar Hüseynovun Əliyev hakimiyyəti tərəfindən qətlə yetirildiyini dediyinə görə cəzalandırıldı

AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı narkotiklə şərlənərək həbs olundu. Mayın 8-də Yasamal Rayon Məhkəməsində gənc fəal barəsindəilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.