09 May 2018

“Artıq əsəblərim tarıma çəkilib...”- Əlli yaşı erməni əsirliyində tamam olan Şahbaz Quliyevin qardaşı...

2014-cü ildə öz doğma torpaqlarına gedərkən həbs edilən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev indiyə kimi haqsız yerə erməni əsirliyində saxlanılır. Bu gün Şahbaz Quliyevin doğum günüdür. Çətin də olsa o, indi dəmir barmaqlıqlar arasında doğum günündə daha çox ailəsinin yanında olmağı arzu edir. 

Bu gün aprel döyüşçümüzün Şəhadəti günüdür

Bu gün aprel döyüşlərimizin qəhrəmanı kapitan Nəcməddin Savalanovun şəhid olmasından iki il ötür. 2016-cı ilin aprel ayında ordumuzun apardığı əks əməliyyat nəticəsində kapitan Nəcməddin Savalanov düşmənlə döyüşlər zamanı ayağından və çiynindən ağır güllə yarası alıb. O, dərhal Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalına yerləşdirilib. Nəcməddin Savalanov müalicə aldığı klinikada dünyasını dəyişərək şəhid olub.

Türkiyədə generala 252 dəfə ömürlük həbs cəzası tələb edildi

Türkiyədə dövlət çevrilişinə cəhd etməkdə FETÖ terror təşkilatına üzv olmaqda təqsirləndirilən generallar Akın Öztürk və digərlərinin məhkəməsi yekunlaşmaq üzrədir. "Doğan" xəbər agentliyinə istinadən verilən məlumata görə, prokurorluq təqsirləndirilən sabiq Hava Qüvvələri Komandanı general Akın Öztürkü Türkiyədə çevrilişə cəhddə baş verən bütün hadisələrə görə təqsirli hesab edib.

“Maltalı jurnalistin qətlinin sifarişçiləri aşkar edilməlidir”

ABŞ Helsinki Komissiyasının sədri, senator Roger Wicker Malta və Slovekiyada öldürülən jurnalistlərin işilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, araşdırmaçı jurnalistlər korrupsiyanın qaranlıq dünyasına işıq tutmaqda əvəzsiz rol oynayırlar. Bu yaxınlarda maltalı jurnalist Daphne Caruana Galizia və slovakiyalı Yan Kuciakın qətlləri isə belə araşdırmaların ölümcül dərəcədə ciddi ola biləcəyini göstərir.