08 May 2018

Beynəlxalq Hüquqşünaslar Komissiyası vəkillərin fəaliyyətinin bərpasını tələb edir

Beynəlxalq Hüquqşünaslar Komissiyası insan haqları sahəsində ixtisaslaşan vəkillər Asabəli Mustafayev və Nemət Kərimlinin Vəkillər Kollegiyasından 1 illik uzaqlaşdırılmasını pisləyən bəyanat yayıb. Bəyanatda Azərbaycan Vəkillər Kolegiyası rəyasət heyətinin Əsabəli Mustafayev və Nemət Kərimli ilə bağlı aprelin 23-də qəbul etdiyi qərarın qanunsuz olduğu qeyd edilir.

Tale Bağırzadənin həbsxanada hüquqları pozulur

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə artıq 2 gündür ki, evə zəng vurmur. Bu barədə Rakurs TV-ə onun yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, Tale Bağırzadə keçən həftənin cümə axşamı (3 may) və bu həftənin bazar ertəsi (7 may) evə zəng vurmalı olsa da, zəng vurmayıb. Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı qanunla həftədə 2 dəfə evə zəng vura bilər.