07 May 2018

İçərişəhərin qala divarları hər an uça bilər

Xalq qarasında “Qala” və ya sadəcə, “Qədim şəhər” kimi tanınan İçərişəhərin qala divarları su sızması nəticəsində acınacaqlı vəziyyətdədir. Bu, qrunt sularıdır.

Əvvəllər İçərişəhərdə su quyuları olub. Sonradan quyuların üstü örtülüb. Bundan sonra qrunt suları üzə çıxmaq üçün başqa yollar tapıb və qala divarlarından çıxıb.

Sosial mənzil satışında biabırçılıq

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanlar ciddi çətinliklə üzləşiblər. İdda edilir ki, insanlar sayta daxil olmadan mənzillər satılıb.

Bu barədə qurumun Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu-8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksində mənzil almaq istəyən şəxslər məlumat verib.

Azərbaycan Uşaqları Birliyi sədrinin məhkəməsinə baxışının tarixi müəyyən olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları yenidən dəqiqləşdirilib.

Putin bu gün and içəcək

Prezident və baş nazir kimi 18 ildir iqtidarda olan Rusiya prezidenti Vladimir Putinin bu gün andiçməsi keçiriləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin bugünkü inuaqurasiya mərasimi ilə hakimiyyətdə daha 6 ilini təsdiqləmiş olacaq. Etiraz aksiyaları ehtimalına qarşı ciddi tədbirlər görülüb. 

Bayram Səfərov: Ermənistanı ancaq prezidentimiz xilas edə bilər

Möhtərəm Prezidentimiz Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi etdi. Diaspor Komitəsinin yeni sədrinə uğurlar arzulayırıq. Biz Qarabağ icması olaraq daim Diaspor Komitəsi ilə birgə işləməyə, məsləhət görülən tədbirləri keçirməyə, Qarabağdakı erməni icması ilə də dialoq qurmağa hazırıq. Amma hazırkı şəraitdə hər hansı bir tutarlı iş görmək mümkün deyil. Çünki Ermənistanda qeyri-sabitlik hökm sürür”.

22 marşrutun hərəkət sxemi dəyişdi

Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının istifadəyə verilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi ilə ətraf kənd və qəsəbələri əlaqələndirən 22 marşrut xətti üzrə (24, 62, 93, 101, 107, 131, 136, 139, 148, 150, 160, 163, 166, 171, 172, 173, 187, 189, 198, 204, 216, 217) avtobuların hərəkət sxemində dəyişiklik edilib.