04 May 2018

Əli Həsənovun klinikasında 8 yaşlı uşaq əməliyyatdan sonra ölüb

Bakıda 8 yaşlı uşaq burun-boğaz əməliyyatından sonra ölüb. Hadisənin “Xətai” Estetik Klinikasında baş verdiyi bildirilir. Bu barədə Meydan TV-yə uşağın yaxınları məlumat verib. Adının açıqlanmasını istəməyən qohum bildirib ki, həkimlər səhvən 8 yaşlı Tunar İsayevin şah damarını kəsiblər. Uşaq bu səbəbdən həyatını itirib:

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Sahil Babayevin əmri ilə yaradılan işçi qrupunun

Jurnalist aclıq keçirir

“Jurnalist Əfqan Sadıqov artıq 4-cü gündür aclıq keçirir. Onun səhhəti ilə bağlı hər hansı məlumat ala bilmirəm. Həyat yoldaşımın səhhətindən çox narahatam”, – jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Facebook səhifəsində yazıb.

İran mühasirəyə alındı: İsrail hücuma hazırlaşır

ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişi haqda qərarını açıqlayacağı tarix yaxınlaşdıqca, Tehrana qarşı təzyiqlər artır.

Publika.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun İrana aid nüvə dosyalarını ələ keçirdiklərini iddia etməsindən sonra hədəfə alınan Tehrana qarşı diplomatik hücum başlanıb.

Narkoloji Mərkəzdə baş verən yanğınla əlaqədar mərkəzin direktoru həbs edilib

Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və daha bir vəzifəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Vəkilin səhhəti pisləşdi

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hüquqi yardıma görə müdafiəçiyə ödənilən haqq artırıldı

Azərbaycanda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 3 dəfə artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarında dəyişiklik edib.