03 May 2018

Trampın vəkili istefa verir

ABŞ prezidenti Donald Trampın vəkili Tay Kobb mayın sonunda istefaya gedəcək.

Trend-in məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Sara Danders deyib.

Vəkilin istefasına səbəb kimi Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerlə aralarında yaranan narazılıq göstərilir.

"Din xadimləri ilə 10 aylıq müqavilə imzalanacaq"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərinə maddi dəstəyin hansı müddətdə veriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, 2018-ci il üçün ayrılan vəsait 10 ay üçün nəzərdə tutulduğu üçün din xadimləri ilə müqavilə də bu müddətə bağlanacaq və dekabr ayında başa çatacaq.