16 April 2018

Bayılda dağılan evlərə görə veriləcək kompensasiyanın məbləği bəlli oldu

Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilməsi məqsədilə Baş nazir Artur Rəsi-zadə tərəfindən Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb.

AXCP Gənclər Komitəsinin sədrini şərləmək istəyirlər

Bu gün AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırılıb. Dünən ona tanımadığı nömrədən bir nəfər mesaj yazaraq “yaxında görüşəcəyik, hazır ol” deyib. Bu haqda partiya rəhbərliyinə xəbər verən E.Səlimov mesajın arxasında şərlənmək ehtimalı dayandığını bildirib. Bugünkü çağırılma ilə bağlı o, FB səhifəsində bunları yazıb: “Dostlar!

“Qardaşlarım məni şantaj edir” - Millət vəkili

“Haqqımda ailəmlə bağlı problemlərin olduğu haqda elektron mediada ikinci dəfə çıxan xəbərləri çox üzüntü və təssüf hissi ilə qarşıladım. Keçən dəfə ailə üzvlərimin mediaya verdiyi açiqlamalarda şər və böhtana məruz qalmağıma baxmayaraq, susmağı, pis və ya yaxşı o ailənin bir parçası olduğumu qəbul edərək, ailəmi mediada müzakirə mövzusuna çevirməməyi qərara aldım.

"Velotrek"də işləyənlərdən saqqallarını qırxmaq tələb olunur

20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən "Velotrek" Ticarət Mərkəzində işləyənlərdən saqqallarını qırxmaq tələb olunur.

Bu barədə Rakurs TV-ə ticarət mərkəzində işləyən, adının çəkilməsini istəməyən şəxs məlumat verib. Onun sözlərinə görə, saqqal qırxmaq tələbi təxminən 10 gündür edilir:

Sabah Konstitusiya Məhkəməsi Prezident seçkiləri ilə bağlı qərar verəcək

Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunması ilə əlaqədar sabah Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək.

APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

Prokurorluqdan oteldə ölən deputatla bağlı açıqlama

Xəbər verdiyimiz kimi, millət vəkili Astan Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən “Chateau” otelində ürək tutmasından ölüb. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə deputatın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Qeyd olunur ki, Astan Şahverdiyev yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasın dəyişib.