11 April 2018

Bu gün şəhid pilotlarımız və polkovnikimizin şəhadətindən iki il ötür

Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan M-24 helikopterinin pilotları-mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş-leytenant Əbubəkir İsmayılov və polkovnik-leytenant Murad Mirzəyevin şəhadətindən iki il ötür. Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımız aprelin 11-də İkinci Fəxri Xiyabanda böyük izdihamla dəfn ediliblər. 

Stefan Şennak prezidentliyə namizədlərdən birinin qadın olduğunu yazır

Ərəstun Oruclu: ''Bu tvitdən sonra təsəvvür edirəm ki, sizin qrupunuz necə müşahidə aparır''

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak öz "Twitter” bloqunda Azərbaycanda seçkini müşahidə etdiyini yazıb. O, namizədlərdən birinin – Sosial Demokrat Partiyasından namizədliyini verən şəxsin qadın olduğunu yazıb.

Quba meşələrində yanğın başlayıb

Bu gün saat 13:50 radələrində Quba  rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, daha sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara