09 April 2018

''200-dən çox şəxs xaricdə yaşayan qohumundan imtina etməyə məcbur edilib''

'Təqib sərhəd tanımır'' hesabatı açıqlanıb

“Hökumət xaricdəki tənqidçilərini susdurmaq üçün bu işə qanunverici, icraedici və məhkəmə hakimiyyət orqanlarını cəlb edib. Bundan başqa, ölkədə fəaliyyətini davam etdirən bütün TV-lər və radiolar bu fəaliyyətə cəlb olunub”.

ABŞ-ın keçmiş səfiri Əli Həsənovu qarayaxma kampaniyasında ittiham etdi

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu ona qarşı qarayaxma kampaniyasının təşkilində ittiham edib.

“Beş il öncə siz hökumətin nəzarətində olan KİV-lərdə yalan xəbərlərdən istifadə etməklə şəxsən mənə qarşı böhtan kampaniyası təşkil etdiniz”, – R.Kozlariç Tvitterdə yazıb.

Prezidentliyə hansı namizəd daha çox dil bilir...

2 gün sonra, aprelin 11-i Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ölkə prezidenti postu uğrunda 8 namizəd mübarizə aparacaq. Seçki prosesində namizədlər Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müəyyən olunan zamanda təbliğat-təşviqat işlərinə zaman ayırıblar. Namizədlərin xarici əlaqələrlə bağlı səsləndirdiyi fikirlər də önəmlidir.