07 April 2018

Sabah Bakıda 20 dərəcə isti olacaq

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Orduda hicablı qadınlar

4 ərəb ölkəsi tərəfindən sanksiyaya məruz qalan Qətərdə əmir Tamim bin Həmad Əl-Tani qadınların könüllü hərbi xidmətə yazılması və kişilərin məcburi əsgərlik müddətinin 3 aydan 1 ilədək uzadılması barədə qanun layihəsini təsdiqləyib.