05 April 2018

“Adımızı götürməkdə Mirşahinin məqsədi nədir, özü desin”

Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi “Real” TV-nin  fəaliyyətə başlamasından az vaxt keçir. Xəbər televiziyası kimi fəaliyyət göstərən TV-nin adı sosial şəbəkələrdə bəzi müzakirələrə səbəb olub.  Bəziləri iddia edir ki, “Real” TV Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatın - REAL hərəkatının adını götürməklə yanlışlığa yol verib. 

Skripalın qızının səs yazısı təqdim edildi

Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin eks-polkovniki Sergey Skripalın qardaşı qızı Viktoriya Skripal “Rossiya 1” telekanalına səs yazısı təqdim edib. Modern.az “Rossiya1” telekanalına istinadən xəbər verir ki, Viktoriya Skripalın iddiasına görə həmin səs yazısı onunla eks-polkovnikin qızı zərərçəkmiş Yuliya Skripal arasındakı telefon danışığıdır.

''Hərbçi silahla doğru davranmadığı üçün həlak olub''

Azərbaycan ordusunun əsgəri Nurid Abdullayevin həlak olduğu bildirilir. O, Bakı şəhəri, Xətai rayonunun Hərbi Komissarlığından xidmətə çağırılıb.

Bu barədə Meydan TV-yə hərbçinin yaxınları məlumat veriblər. Onlar N.Abdullayevin aprelin 4-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində həlak olduğunu deyirlər:

ATƏT müşahidəçilərinin görüşdüyü fəallara təzyiq göstərilir

“11 aprel növbədənkənar prezident seçkisi ərəfəsində və seçki günü aşkarlıq və şəffaflığın qarşısının alınması üçün yerli icra hakimiyyətləri səviyyəsində beynəlxalq müşahidəçiliyə məhdudiyyətlər yaradılır. Belə ki, bölgələrdə çalışan ATƏT-in Uzunmüddətli müşahidə missiyasının üzvləri ilə görüşdən sonra fəallar icra hakimiyyətlərinə çağrılır, sorğu-sual edilir.