04 April 2018

"Nardaran işi 2" üzrə məhkəmə hökmü qüvvədə qaldı

Martın 28-də "Nardaran işi 2" üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Elşad Şamayev sədrlik edib. 

Rakurs TV-nin məlumatına görə, məhkəmədə müdafiə tərəfinin vəkilləri təqsirləndirilənlər barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onlar müdafiə etdikəri şəxslərin tamamilə təqsirsiz olduğunu bildiriblər. 

Əli İnsanov haqqında çıxan xəbərləri təkzib etdi

Keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev aprelin 4-də 11 saylı cəzaçəkmə müəssisəsindəmüvəkkili ilə görüşüb. Bu barədə“Azadliq.info”ya məlumat verən müdafiəçi bildirib ki, keçmiş nazirin sağlı durumu yaxşıdır.

“Səhhətində heç bir problem yoxdur. Mütəmadi olaraq, idmanla məşğuldur. Özünü gümrah hiss edir”, – deyə Toğrul Babayev bildirib.

Avropa Məhkəməsi Qənimət Zayidovun şikayəti üzrə kommunikasiyaya başlayıb

Kommunikasiya şikayət veriləndən 10 il sonra başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AIHM) “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zayidovun 2007-ci ildə xuliqanlıqda və sağlamlığa az ağır xəsarət yetirməkdə ittiham edilərək 4 il azadlıqdan məhrum edilməsi ilə bağlı verilən şikayət üzrə kommunikasiyaya başlayıb.