02 April 2018

Ailənin 7 üzvü bir gündə dəfn edildi

Şənbə günü Lənkəran rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən 7 nəfər dəfn edilib. Lent.az xəbər verir ki, Gərmətük kəndi ərazisində 99-BJ-224 dövlət nömrə nişanlı "Ford Cargo" markalı yük avtomobilinə çırpılan 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi Pajero İO" markalı minik maşınında həlak olan və bir ailənin üzvü olan şəxslər Ləj kənd qə

Gözəl Bayramlının işinə baxan hakimlər qərarlarnı niyə dəyişdi?

Bu gün Gəncə Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlı haqqında qərar elan olunmalıydı. Lakin məhkəmə prosesinə sədrlik edən hakim Teyyub Muxtarov bu işlə əlaqədar videogörüntülərin alınması üçün Dövlət Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə sorğu göndərildiyini, hələ cavab almadıqlarını bildirərək, prosesin aprelin 20-nə qədər təxirə salındığını bildirib.

Aprel qələbələrinin ildönümüdür

Azərbaycan Ordusunun 2016-cı il aprel ayının əvvəllərində cəbhədə işğalçı erməni silahlı bölmələri üzərində qazandığı qələbələrin ikinci ildönümüdür.

2016-cı il, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub.