13 March 2018

Mirşahinin yeni komandası

Azərbaycan efir məkanında yeni televiziya -  "Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq. Bu barədə "Report”a Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. "Real” TV-nin "Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq. 

Jurnalistin məhkəməsi təxirə salındı

Bu gün Gəncə Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist, 7gun.az saytının baş redaktoru Cavid Şirəliyevin apellyasiya şikayətinə baxılmalı idi. Lakin işi üzrə şahid kimi dindirilməli olan Sevinc adlı qadınla C.Şirəliyevin telefon danışığının olub-olmaması ilə bağlı mobil operatora göndərilən sorğuya cavab verilmədiyindən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

"Xəzər" TV-nin müxbiri sərbəst buraxıldı

Lənkəranda polis tərəfindən saxlanılan "Xəzər" televiziyasının Cənub bölgə müxbiri Ələkbərov Elvin Habil oğlu sərbəst buraxılıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş ilə Mərkəzi Xəstəxanada əri tərəfindən döyülərək öldürülən qadınla bağlı çəkiliş edən jurnalist bu gün günorta saatlarında buraxılıb.

Vəkil MTN polkovnikinə bəraət istədi

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA-nın xəbərinə görə, prosesdə sabiq MTN polkovniki Fizulu Əliyevin vəkili İlyas Kərimov müdafiə nitqi ilə çıxış edib.

ABŞ Konqresi "Rusiya işi" ilə bağlı dəlil tapmayıb

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsi prezident Donald Trampın seçkiqabağı kampaniyası və rəsmi Moskva arasında hər hansı əlaqə tapmayıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu respublikaçı konqresmen Mayk Konvey bəyan edib.

“Biz sövdələşməyə dair ciddi dəlil-sübut aşkarlamadıq. Söhbət yalnız bəzi uğursuz qərarlar və yersiz görüşlərdən gedə bilər”, deyə konqresmen vurğulayıb.

ATƏT PA sədri: "Qarabağ münaqişəsi üçün sülh yolu yeganə yoldur"

"ATƏT bütün münaqişələrə aktiv cəlb olunub. ATƏT Parlament Assambleyası üçün əsas prioritetlərdən biri münaqişələrdə vasitəçilik missiyası və münaqişələrin sülh yolu ilə həllidir".

Musavat.com xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli deyib. O əlavə olaraq bildirib ki, həlli uzanan münaqişələrlə bağlı boşluqlar var:

Qərbdə getdikcə artan İslamafobiyanın 3 əsas səbəbi

“Qoca qitə”də müsəlman düşmənçiliyi niyə artır?

Almaniyanın paytaxtı Berlində Türkiyə Diyanət İşləri Başqanlığına məxsus "Koca Sinan" məscidi yandırılıb. Məscidin xidmətçisi "Anadolu" Agentliyinə bildirib ki, yerli vaxtla saat 2 radələrində məsciddə yanğın olduğu xəbərini alıb. Bundan sonra məscidə getdiyini və bu zaman artıq yanğınsöndürənlərin məsciddəki yanğını söndürməyə çalışdığını deyib.