12 March 2018

Vidadi İsgəndərlinin bacısı Əliyevlərə müraciət edib

O, atasının məzarını təhqir edənlərin cəzalandırılması tələb edir

Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin rəhbəri, hazırda mühacirətdə olan hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Vidadi İsgəndərlinin bacısı Nüşabə Əhmədova prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

"Nardaran işi 3" üzrə apellyasiya məhkəməsi təxirə salındı

Martın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli qərarından verilən şikayət üzrə məhkəmə

Fikrət Hüseynli: “Ukrayna prokurorluğunu məhkəməyə verəcəm”

“Ukrayna prokurorluğunu məhkəməyə verəcəm. Çünki, məhkəmənin qərarının olmasına baxmayaraq Ukrayna prokurorluğu sənədlərimin qaytarılmasını qanunsuz olaraq yubadır”. Bunu jurnalist Fikrət Hüseynli “Amerikanın Səsi”nə bildirib.

Onun sözlərinə görə, prokurorluq martın 19-dan gec olmayaraq məhkəmənin qərarını yerinə yetirməli, sənədləri qaytarmalıdır.

Azərbaycan ABŞ-a nota verdi

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası 

Qoşunlar əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir - Foto - Video

Müdafiə Nazirliyi təlimlərlə bağlı məlumat yayıb. Nazirliyin saytına istinadən xəbər verilir ki, genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

AST Telmanın killerinə 13 il həbs cəzası verildi

Moskva əyalətinin Krasnoqor şəhər məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılovun dəstəsinə daxil olan killer Mehman Kərimova hökm oxuyub.

“Qafqazinfo” xəbər verir ki, iki iş adamı- Vladimir Savkin və Yuri Brilyovu öldürməkdə ittiham olunan killerə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il həbs cəzası verilib. 

Keçmiş cəsusa sui-qəsdə görə Britaniya Rusiyaya qarşı sanksiyaları gücləndirə bilər

Martın 12-də Britaniya Milli Təhlükəsizlik Şurasının yığışacağı, Solsberi şəhərində keçmiş rusiyalı casus və qızına sinir qazı hücumunu müzakirə edəcəyi gözlənir.

Toplantıya baş nazir Theresa May sədrlik edəcək. Ona martın 4-də 66 yaşlı Sergei Skripal və 33 yaşlı qızı Yulia-ya hücumla bağlı təhqiqat barədə informasiya veriləcək.

Məmurlar Bakının mərkəzində binaya girişi bağlayıb dönərxana açdılar - Foto - Video

Bakı şəhəri, Rəsul Rza küçəsi, ev 19-da yaşayan İsayeva Şəmsi Abıəli qızı və Məmmədova Afət Sahib qızı mətbuata müraciət ünvanlayıb. Avtosfer.az-a istinadən xəbər verilir ki, müraciət Səbail rayonu, Rəsul Rza küçəsi 19 saylı evin həyətinə olan girişin böyük bir hissəsinin Vəliyeva Zərifa Fərzalı qızı tərəfindən zəbt edilməsi ilə bağlıdır: 

10 mart mitinqinə görə həbs edilən təşkilatçılar - Siyahı

Hakimiyyət müxalifətin 10 mart mitinqinə mane olmaq üçün də təşkilatçılara kütləvi təzyiq göstərib, onlardan bir neçə nəfərini həbs edib. Bu barədə AXCP sədri Əli Kərimli mitinqdəki çıxışında da bildirdi. Məlumata görə, 100 nəfərdən artıq AXCP funksioneri mitinq ərəfəsi polisə çağırılaraq hədələnib, təzyiqə məruz qalıb. Müsavat partiyasının da onlarla fəalı eyni vəziyyətlə qarşılaşıb.

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı

Martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

MN-dən APA-ya verilən məlumata görə, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

Rus kəşfiyyatının "ölüm siyahısı"nda olan şəxslər

Moskvanın Sergey Skripaldan sonra növbəti hədəfi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş zabiti Yuri Şvets olacaq.

Axar.az xəbər verir ki, bunu “Mirror” qəzetinə müsahibəsində rusiyalı kəşfiyyatçı Boris Karpiçkov söyləyib. Onun sözlərinə görə, Şvetslə bərabər, Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Vladimir Rezun da ("Viktor Suvorov" təxəllüsü ilə məşhurdur) Kremlin hədəfi ola bilər.