07 March 2018

Afrində 3 mülki vətəndaş həyatını itirib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrindəki qarşı Zeytun budağı əməliyyatı zamanı 3 mülki vətəndaşın həyatını itirdiyi bildirilib. Bu barədə Suriya rəsmi xəbər agentliyi SANA xəbər verib. Xəbərə görə, TSQ-nin Maabatlı bölgəsi ətrafındakı kəndlərə hücumunda biri 75 yaşlı olmaqla 2 mülki vətəndaş ölüb, bir nəfər də yaralanıb. Cinderesdəki tibb mərkəzinə endirilən zərbələr nəticəsində isə bir tibb işçisi həyatını itirib.

Xədicə İsmayılın yaxını da polisə çağırılıb

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın bacısı qızı Elmira Rəhimova polisə çağırılıb.

Bu haqda X.İsmayılın özü məlumat verib. Onun deməsinə görə, E.Rəhimovanı martın 7-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağrıblar. Rəhimovanın polisdə bir saatadək sorğu-sual edildikdən sonra sərbəst buraxıldığı deyilir.

“Sovetski”də genişmiqyaslı söküntüyə başlanılır

Yaxın günlərdə Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Nəriman Nərimanov prospektində və ona bitişik küçələrdə (“Sovetski” adlanan ərazidə) yaşayış evləri və obyektlərin genişmiqyaslı söküntüsünün ikinci mərhələsinə başlayacaq.

Bu barədə Day.Az-a Yasamal RİH-dəki mənbə bildirib.

Dispanserdə yanıb ölənlərin ailələrinə pul verilib

Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlanıb. Baş nazirin müavini, yanğınla əlaqədar yaradılan komissiyanın sədri Abid Şərifov azvision.az-a açıqlamasında bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edilib.

Avropa Məhkəməsinin İlqar Məmmədov barəsində qərarı qəti qüvvəyə minib

Məhkəmə müraciətləri təmin etməyib

ReAl Hərəkatının sədri İlqar Məmmədovun ikinci işi üzrə Avropa Məhkəməsinin ötən ilin noyabrında çıxardığı qərar martın 6-da qəti hüquqi qüvvəyə minib və 3 ay ərzində icra edilməlidir.
Bu barədə ReAL İdarə Heyətinin üzvü Rəsul Cəfərov “Facebook” səhifəsində yazıb.