06 March 2018

"Nardaran işi 4": "Sənin dediklərinin hamısı yalandır" - Video

Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib. Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər. Ə. Bünyadov məhkəmə zalına “təcili yardım” xərəyində gətirilib.

Əhsən Nuruzadəyə hökm oxundu: "Həbsimin səbəbi Tale Bağırzadəni müdafiə etməyimdir"

Martın 6-ı Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının fəalı Əhsən Nuruzadənin işi üzrə məhkəmə iclası keçirilib. Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Rakurs Tv-nin məlumatına görə, məhkəmə prosesində hökm elan olunub. Hökmdən əvvəl təqsirləndirilən tərəfin vəkili Fariz Namazlı müdafiə nitqi ilə çıxış edib. O, Əhsən Nuruzadəyə bəraət istəyib:

DİN-dən 26 nəfər qovulub

2017-cı ildə daxili işlər orqanlarından 26 şəxs xaric edilib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin hesabat sənədində dərc olunub. Bildirilir ki, daxili nəzarət çərçivəsində aşkarlanmış 312 fakt üzrə 414 əməkdaş intizam qaydasında cəzalandırılıb.  

Mirşahinin açdığı yeni telekanal Əliyevlər ailəsinindi?

Mirşahin Ağayevin “Real” adlı yeni televiziya kanalı açması xəbəri aylardır var. Amma söhbət internet televiziyasından gedirdi. Hətta bir neçə gün öncə Milli Televiziya və Radio Şurasından da məsələyə münasibət bildirilərkən deyilmişdi ki, Mirşahin Ağayev yayıma lisenziya almaqdan ötrü bu quruma müraciət etməyib. Yalnız internet televiziyası kimi fəaliyyət göstərəcəksə, bunun üçün lisenziya gərək deyil.