02 March 2018

Magistratura imtahanı nəticələri ilə bağlı statistik göstəricilər açıqlanıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb.

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanla bağlı müəyyən statistik göstəricilər 2017-ci ildə keçirilən analoji imtahanla müqayisəsi olunub.

Mer həbs olundu

Dağıstanın Dərbənd rayonunun rəhbəri Maqomed Cəlilov həbs olunub. Rusiya KİV-nə istinadən xəbər verilir ki, icra rəhbəri vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinir.

Cinayət işinin məhkəməyə verildiyi və onun barəsində həbs qərarı verildiyi açıqlanıb.

 

Hava yenidən soyuyur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 3-də Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi  əsəcək, gündüz  arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

ABŞ-dakı erməni lobbisinin rəhbərindən Xocalı ilə bağlı etiraf

ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də təşkil olunan, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib.

Türkiyə Afrində daha 8 şəhid verdi

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı martın 1-də həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 8 türk əsgəri şəhid olub, 13 nəfəri isə yaralanıb.

"Milliyet"ə istinadən verilən xəbərə  görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.