01 March 2018

Təhsil eksperti yeni təhsil nazirinin kim olacağını söylədi

Bu gün Bizim Yol-a verdiyi müsahibədə Azərbaycanda təhsil sistemində mövcud olan problemlərdən danışan təhsil eksperti Kamran Əsədov bir çox məsələlərə aydınlıq gətirib. Söhbət zamanı məktəbdə psixoloqların, həkimlərin fəaliyyətindəki  qüsurlar, məktəb inventarlarından lazımi qaydada istifadə edilməməsi, şagirdlərin dərs  yükü, dərs fənlərinin sayı, orta məktəblərdə rüşvət halları kimi hər kəsi düşündürən məsələlərə toxunulub.