13 February 2018

Növbədənkənar prezident seçkilərinə namizədliyi irəli sürülənlər neçə nəfər oldular... - Siyahı

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərdən sənəd qəbuluna fevralın 20-də start veriləcək. Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər.

Mixail Saakaşvilini saçından sürüdülər - Video

Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili dünən Kiyevdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Saakaşvilinin saxlanılma əməliyyatını maskalı və silahlı şəxslər həyata keçirib.

Siyasətçiyə məxsus Facebook səhifəsində qeyd olunub ki, o, hava limanına qədər döyülüb və artıq hərəkət edəcəyi təqdirdə atəş açılacağı ilə hədələnib.