10 February 2018

Aprel qazisi: “Məndən 20 min manatımı alıb nə ev verirlər, nə də pulumu qaytarırlar”

Qarabağ  qazisi, aprel döyüşləri iştirakçısı Məmmədov Arzu Ramiz oğlu 01.01.1985-ci ildə Daşkəsən rayonunda anadan olub. Ailəlilidir, iki övladı var. Övladının biri görmə əngəllidir.  A.Məmmədov 1-5 aprel Qarabağda Lələtəpə uğrunda gedən  döyüşlərdə top komndiri kimi fəal iştirakçı olub. Torpaqlarımızı düşmən işğalından azad etmək üçün əlindən gələni edib. O, 3 aprel (övladı Aydanın doğum günündə) ağır yaralanaraq sağ qolunu itirib.  Bədəninin bir çox yerində dərin qəlpə yaraları var.