09 February 2018

Ərdoğan və Ruhani görüş barədə razılaşdılar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və İran prezidenti Həsən Ruhani ikitərəfli və regional məsələləri müzakirə edib.

İranın “Tasnim” agentliyinə istinadən xəbər verilir ki, tərəflər müsəlman aləminə təhlükə törədən bütün maneələrin aradan qalxdığını, uğurlu iqtisadi və siyasi fəaliyyətin həyata keçirildiyini vurğulayıblar.

Fikrət Hüseynlinin məhkəməsi yenidən təxirə salınıb

Fevralın 8-də Kiyev Apellyasiya Məhkəməsi jurnalist Fikrət Hüseynlinin işi üzrə təhqiqata baxışı davam etdirib və yenidən prosesi fevralın 13-dək təxirə salıb. Bu barədə Turan-a jurnalistin özü bildirib.

Onun sözlərinə görə, yanvarın 17-də və 31-də məhkəmə iddiasından əl çəkməsi üçün işi prokurorluğa qaytarmışdı.

Tale Bağırzadədən bəyanat: “Adımın Əliyevin masasındakı siyahıda olmasını istəmirəm”

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadə adının əfv edilməsi üçün dövlət başçısına təqdim olunacaq siyahıya salınmasını istəmir. İlahiyyatçı bu məsələ ilə əlaqədar açıqlama yayıb. Bildirir ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun hazırladığı əfv siyahısına onun da adının daxil edilməsi haqda məlumat alıb. Amma özü bunun əleyhinədir.

Əfqan Muxtarlı: Həbsim insan oğurluğu kimi dəyərləndirilməlidir

“Həbsim konkret olaraq siyasi sifarişdir. Bunu həbs kimi yox, adam oğurluğu kimi dəyərləndirmək lazımdır. Həm Gürcüstan, həm də Azərbaycan hökuməti uzun müddət bir jurnalistin ovuna çıxmışdı, nəhayət Gürcüstanda oğurlayıb Azərbaycana gətirdilər”. Bu barədə doğmalarının yas mərasimində iştirak üçün qısa müddətə həbsdən buraxılmış jurnalist Əfqan Muxtarlı Turan-a bildirib.

Nazirlər Kabineti tam tərkibdə istefa verəcək - Azərbaycan Hökuməti yenidən təşkil olunacaq

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildikdən sonra yeni seçilmiş dövlət başçısı vəzifəsini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verəcək.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.