08 February 2018

“Əliyev hökuməti üçün müxalif süpürgəçi də təhlükədir”

Daha bir AXCP üzvünü siyasi baxışlarına görə işdən azad ediblər. Gənc fəal Mehti Nağıyevi Abşeron MTK- da müqavilə əsasında təmizlikçi işləyirmiş. Müqavilənin bir ili tamam olduğu ərəfədə onu çağırıb müqavilə müddətinin başa çatdığını deyiblər. Bu barədə M. Nağıyev FB səhifəsində bunları yazıb: “2017 ci ilin yanvarın 19- da “Port Baku Residence”də fəaliyyət göstərən Abşeron MTK- da (hamı Paşa Holdinq kimi tanıyır) təmizlik şöbəsində təmizlikçi kimi işə başladım.

Əfqan Muxtarlı yaxınlarının yasına buraxılacaq

Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının yaxınlarının 40 mərasimi fevralın 8-də olacaq. Vəkil Nemət Kərimlinin Əfqan Muxtarlının yaxınlarının hüzr mərasimində iştirakı üçün Penitensiar Xidmətin Baş İdarəsinə müraciət etdiyi barədə xəbər vermişdik.

Vəkil bildirmişdi ki, fevralın 5-də müraciət etsə də, bugünədək cavab verilməyib.