07 February 2018

2 məhbusun qaçmasına görə tutulan qarovul rəisinin həbs müddəti uzadıldı

Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədovun həbs müddəti uzadılıb. C.Səmədovun vəkili Vilayət Nadirov bildirib ki, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə C.Səmədovun həbs müddəti mayın 23-dək uzadılıb: “Məhkəmədə özü ilə də görüşdüm. Onun bel nahiyəsində ağrıları var.

Blogerə 5 il həbs verilib

Birləşmiş Ərəb Əmirliyinin ünvanına təhqirlər səsləndirən küveytli bloger cinayət məsuliyyətinə cəlb edilib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, Abdulla əl-Salehə beş il həbs cəzası verilib. Lakin yerli KİV onun hansı təhqiredici sözlər işlətdiyi barədə yazmır. 

Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki hakiminin statusu dəyişir

“Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakiminin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq”.

Bu, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.