06 February 2018

"Nardaran işi 4" - Əbülfəz Bünyadov məhkəməyə xərəkdə gətirildi - Video

Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib. Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər. Ə. Bünyadov məhkəmə zalına “təcili yardım” xərəyində gətirilib. 

Putinlə Ruhani arasında telefon danışığı olub

İran prezidenti Həsən Ruhani ilə Rusiya prezidenti Vladimir Putin arasında Yəmən münaqişəsi ilə bağlı telefon danışığı baş tutub. Rusiya KİV-ə istinadən xəbər verilir ki, tərəflər Yəmən münaqişəsinin həlli yollarını müzakirə ediblər.

“İran prezidenti Yəməndə bombarduman və yoluxucu xəstəliklərə görə ciddi humanitar böhranın olduğunu diqqətə çatdırıb”.