05 February 2018

Namizədlərin irəli sürülməsi prosesi fevralın 20-də başlayacaq

Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədlərin irəli sürülməsi prosesinə fevralın 20-də start veriləcək.

Prezidentliyə namizəd olmaq istəyən şəxslər səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək seçki sənədlərini MSK-ya təqdim etməlidirlər.

2017-ci ildə tikildi, 2018-ci ildə isə sökülür - Foto

Bilgəh yolunun Buzovnadan keçən hissəsi olduqca təhlükəli hesab edilir. Belə ki, hər il bu magistiralı keçmək istəyən piyadaların vurulması ilə nəticələnən yol qəzalaları baş verir. Bu magistralın “Xrustalzavod” hissəsini sakinlər "ölüm yolu" adlandırırlar. Yol keçidləri olmadığından hər gün yüzlərlə insan (uşaq, qoca, cavan) bir tərəfdən digər tərəfə yolun ortası ilə keçmək məcburiyyətində qalırlar.

İrəvan Qarabağa müqəvvalar yerləşdirir - Əsgər yoxdur

Qarabağda təmas xətti boyu uzanan səngərlərdə yerləşdirməyə kifayət qədər canlı qüvvənin olmaması Ermənistanda əsgərlərin əvəzinə “texniki vasitələrdən” istifadə ideyasını gündəmə gətirib.
 
İT-müəssisələr İttifaqının sədri Karen Vardanyan təmas xəttində əsgərin funksiyasını “texniki vasitələrlə” əvəz etməyi təklif edir.