02 February 2018

Müsəlmanları hədəf alan terrorçuya ömürlük həbs verildi

Londonda məscid yaxınlığında terror aktı törədənə ömürlük həbs cəzası verilib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, 48 yaşlı Darren Osborn ötən ilin iyunun 19-da qəsdən qətl törətməkdə ittiham olunub. O, vaxtından əvvəl azadlığa çıxmaq hüququndan istifadə edə bilmək üçün azı 43 il həbs cəzası çəkməlidir. 

Əziz Orucovun doğmaları ilə görüşünə icazə verilmir

Kanal-13 internet televiziyasının həbsdə olan direktoru Cavad Cavadovun vəkili istintaq təcridxanasında müvəkkilinin hüquqlarının pozulduğunu bildirib.

Hökmdən sonra iki aya yaxın vaxt keçməsinə baxmayaraq, onun ailə üzvləri ilə açıq görüşlərinə icazə verilmir. Orucov onlarla yalnız şüşə arakəsmə arxasından danışa bilir.

Heç bir seçki ilində siyasi azadlıqlar bu qədər məhdud olmayıb

YAP-dan İlham Əliyevin namizədliyinin açıqlanması gözlənilməz xəbər olmadı. Bizim avtoritar rejim öz “milliliyi” ilə digər rejimlərdən fərqlənir. Məsələn, Rusiya və Belarusda iqtidardan “bəlli” namizədi formal da olsa siyasi partiyaların qurultayında və ya toplantısında, ictimai qrupların yığıncaqlarında irəli sürür və adı açıqlanır. Bizdə bu kimi ənənələrə artıq ehtiyac görmürlər. Hakimiyyətdə uzun müddət qalmağın yaratdığı arxayınçılıq var.

Kənddə məscid yandı

Ağdaş rayonunun Güvəkənd kəndində məsciddə yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 180 m2 olan birmərtəbəli kənd məscidinin yanar konstruksiyaları və içərisində olan əşyalar 130 m2 sahədə yanıb.