01 February 2018

Azərbaycanda qışın oğlan çağı - KİÇİK ÇİLLƏ başladı

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, yanvarın 31-dən fevralın 1-nə keçən gecədən Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə başlayıb.Modern.az-ın məlumatına görə, bu təqvimlə qışın oğlan çağı – kiçik çillə fevralın 20-dək davam edəcək.

“Dəmirbank”ın qorunan əmanətləri üzrə kompensasiyalar veriləcək

Bu gündən lisenziyası ləğv olunan “Dəmirbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanacaq.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib.