10 January 2018

Azərbaycanda Banklar çökür - Ekspert bağlamaqdansa, birləşdirməyi təklif edir

2014-cü ilin sonlarından başlayaraq neftin ucuzlaşması fonunda gəlirlərin azalmasının fəsadları ilk növbədə Azərbaycanın bank sektorunu vurdu. Bankların sayı 45-dən 30-a endi. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın “qurbanı” oldu. Nəticədə iqtisadi geriləmə başladı, kreditləşmə kəskin olaraq aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş ixtisarları geniş vüsət aldı.