09 January 2018

Prezident himni unutdu - Video

ABŞ prezidenti Donlad Tramp qatıldığı mərasimdə dövlət himnini unudub.

Xarici KİV-ə istinadən xəbər verilir ki, hadisə Amerikan futbolunun kollecdə keçirilən final oyununda yaşanıb. Belə ki, himn səslənən zaman Tramp sözləri unudub və dodaqlarını yalandan tərpətməyə başlayıb. Həmin anlar kameralara tuş gəlib.

Ayətullah Xamenei son iğtişaşlarla bağlı geniş çıxış edib - Video

Ayətullah Seyid Əli Xamenei son iğtişaşlara sərt cavab verən və düşmənin planlarını yerlə-yeksan edən İran xalqına təşəkkür edib.

FarsNews -a istinadla xəbər verilir ki, İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün Qum şəhərinin ictimaiyyət nümayəndələrini qəbul edib.

Türkiyədə həbsdə olan 18 general azadlığa buraxılıb

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişinə cəhdində iştirakda ittiham olunaraq həbs edilən 18 general azadlığa buraxılıb.

Türkiyə KİV-inə istinadən xəbər verilir ki, FETÖ-nün dövlət çevrilişi planı həyata keçəcəyi təqdirdə həmin generallar ölkəni idarə edəcək heyətə daxil olacaqlarmış.

Səhraya qar yağdı

Saxara səhrasına qar yağıb. Xarici mediaya istinadən xəbər verilir ki, bazar günü gecədən etibarən səhranın şimal hissəsində yerləşən Əlcəzairin Ayn-Sefra şəhərinə qar yağmağa başlayıb.

Qarın qalınlığının 40 santimetrə çatdığı bildirilib.