05 January 2018

“Ayın sonuna qədər İlqar Məmmədov, Əli İnsanov və digər məhbuslarla bağlı qərar verilə bilər”

Bu ayın sonlarında AŞ PA-nın qış sessiyası keçiriləcək. Ayın sonu yaxınlaşdıqca Azərbaycanda da bütün diqqətlər sessiyaya yönəlib. Xüsusilə son aylarda REAL sədri İlqar Məmmədov və digər məhbuslar, eləcə də demokratiya və insan haqları məsələləri ilə bağlı ölkəmizə Qərbdən gələn təzyiqlər sessiyanı daha da aktuallaşdırır.

Qazaxıstanda 79 Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstanın Karakiyan rayonunun Kurık qəsəbəsində 79 Azərbaycan vətəndaşı saxlanılıb. Yerli KİV-ə istinadən verilən məlumata görə, ”Enerqomost LTD” şirkətində çalışan azərbaycanlıların rəsmi işləmə iznləri yox imiş.

Məlumata görə, saxlanlanların bir neçəsi cərimə edilib. Qalanları isə inzibati qaydada həbs olunublar. 

Bakıda daha bir yol bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən Binəqədi rayonu Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, küçə ilə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə saxlanılacaq.