03 January 2018

Bakıda təcili yardım maşınları üçün ayrıca hərəkət zolağı yaradılır

Adı “Təcili və Təxirəsalınmaz Tibbi Yardım” olsa da, çox vaxt bu “yardım”ın gecikməsi xəstənin ölümü ilə nəticələnir. Amma gündəlik müşahidələrimiz göstərir ki, bu məsələdə həkimləri birmənalı şəkildə günahlandırmaq, qınamaq düzgün olmaz. Düzdür, işinə səhlənkar yanaşan Təcili Tibbi Yardım stansiyaları və həkimlər var. Amma problemin kökü bu məsələ ilə bağlı deyil.