07 December 2017

2 min 700 məhkum əfv olunub

Özbəkistan prezidenti Shavkat Mirziyoev əfv fərmanı imzalayıb. Dövlət mediası bunu ölkə tarixində məhkumların ən böyük əfvi adlandırır.

Dekabrın 7-də imzalanmış fərmanla 2 min 700 məhkum əfv edilib, onlardan 956 nəfəri həbsdən buraxılacaq. Digərlərinin cəzası ya şərti olub, ya da başqa səbəblərdən həbsdə olmayıblar.

Jurnalistlər üçün bina layihəsiz tikilir

Bakıda hökumətdən iki yeni yüksək mərtəbəli binada pulsuz mənzillər alan jurnalistlər üçün hazır felyeton mövzusu var: KIV-ə Dəstək Fondu dekabrın 5-də bu ilin iyulundan tikilməkdə olan binanın layihə-smeta sənədlərinin hazırlanması üçün müqavilə bağlayıb. Bu binanın təməlini prezident İlham Əliyev Mətbuat Günü ərəfəsində – iyulun 20-də atıb. Elə o vaxtdan tikinti gedir.

Vəkil Vəkillər Kollegiyasının Rəyasət Heyətindən uzaqlaşdırıldı

Dekabrın 7-də Vəkillər Kollegiyasının konfransında bu orqanın rəhbər heyəti formalaşıb. Aydın Axundov, Pərviz Ələkbərov, Muxtar Mustafayev, Turqay Hüseynov, Fariz Məmmədov, Sima Yaqubova, Eduard Çernin, Vüqar Babayev, Azər Quliyev, Şəfayət Həsənov, Lalə Nağıyeva, Sahib Səfərov, Tural Hüseynov və Elçin Qəmbərov Rəyasət Heyətinin üzvləri seçiliblər.