05 December 2017

Tərəfdarları Saakaşvilini xüsusi təyinatlıların maşınından qaçırdı

Ukraynada hüquq-mühafizə orqanları tərəfindən evindən zorla çıxarılaraq aparılan Mixail Saakaşvili sərbəst qalıb. Siyasətçinin tərəfdarları onu xüsusi təyinatlılara məxsus mikroavtobusun içərisindən çıxarmağa nail olub. Saakaşvilinin  tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb.

Saakaşvili saxlanıldı, polislə toqquşma oldu, etirazçılara atəş açıldı

Xəbər verdiyimiz kimi, Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları Gürcüstanın eks-prezidenti, "Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin evində axtarış aparıblar. 

Sabiq prezident isə buna etiraz olaraq, yaşadığı binanın damına çıxaraq, polisi intiharla hədələyib.

Poroşenkonun impiçmenti üçün 100 mindən çox səs toplandı

Ukrayna prezidenti Pyotr Poroşenkonun impiçmenti üçün Change.org portalında yerləşdirilən müraciəti 100 mindən çox insan dəstəkləyib. Publika.az-a istinadən xəbər verilir ki, Ukrayna blogerləri və jurnalistlərin təşəbbüskarı olduğu müraciət Ali Radanın deputatları, həmçinin beynəlxalq partnyorlara, xüsusi halda ABŞ Dövlət Administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerə ünvanlanıb.