01 December 2017

Nardaran əməliyyatında öldürülən şəxsin oğlu həbsdə qaldı

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı qətlə yetirilən yerli sakinlərdən birinin - Rəfael Bünyadovun oğlu Hüseynağa Bünyatovun apellyasiya məhkəməsi keçirilib.

Noyabrın 30-u keçirilən məhkəmə prosesinə hakim Əmir Bayramov sədrlik edib. Bu barədə Rakurs TV-ə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib. F. Mehdiyev bildirir ki, məhkəmə prosesində verilmiş qərar qüvvədə saxlanılıb.

Atatürk Hava Limanına hücum planlaşdıran öldürüldü

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanına hücumu planlaşdırdığı bildirilən Əhməd Çatayevin Tiflisdə 21 noyabrda keçirilən əməliyyatda ölü olaraq ələ keçirildiyini açıqlanıb. Bu barədə Gürcüstan Təhlükəsizlik İdarəsi İctimaiyyətlə Əlaqələr Şöbəsi rəhbəri Nino Giorgibiani açıqlama verib. 

Məhkəmə Tale Bağırzadənin oğlunun adı ilə bağlı şikayəti təmin etmədi

Noyabrın 29-da Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyatçı Tale Bağırzadənin həbsdən sonra doğulan oğlunun adı ilə bağlı kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasında keçirilən prosesə hakim İlqar Hüseynov sədrilik edib. Məhkəmə iddiaçı tərəfin şikayətini təmin etməyib.

Amnesty International: Azərbaycanda vəkilliyin məhdudlaşdırılması ədalətli mühakiməyə zərbədir

Azərbaycanda dekabrın 1-də qüvvəyə minmiş vəkillik fəaliyyətinin yeni qaydaları ədalətli mühakiməyə ciddi zərbə vurur, faktiki olaraq hüquq müdafiəçilərinin istənilən növ məhkəmə təhqiqatlarında iştirakını qadağan edir, bu barədə nüfuzlu beynəlxalq Amnesty İnternational təşkilatı bildirib.

Azərbaycanda TV-lərin reytinqi hərbi sirr kimi gizlədilir

Digər ölkələrdə tamaşaçılar televiziyaların, verilişlərin reytinqindən agah olur. Müxtəlif monitorinqlərlə televiziyaların reytinqləri müəyyənləşdirilir və nəticələr ictimailəşdirilir. Çox uzağa getməyək, elə qonşu Türkiyədə tamaşaçılar gündəlik reytinqləri izləyir və bu istiqamətdə fikirlərini ifadə edə bilirlər.

Əli Həsənovun nəvəsinin məhkəməsinə jurnalistlər buraxılmadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə baxış iclası baş tutacaq.