13 September 2017

Türkiyədə hərbçilərin dəfn mərasimləri ilə bağlı qadağa

“NewsTurk”-ə istinadən verilən xəbərə əsasən, Türkiyə hakimiyyəti ölkənin bütün 81 əyalətinə məktub göndərib. Məktubda yazılı şəkildə göstəriş verilir ki, matəm mərasimləri zamanı Şopenin bəstələdiyi “Matəm marşı” səsləndirilməsin.

Üstəlik, bu dəyişiklik, ancaq hərbi qulluqçuların dəfn mərasimlərinə aiddir.

Avropa Parlamentindən 3 milyardlıq korrupsiyanın araşdırılması tələb edilir

Avropa Parlamentinin bir qrup üzvü Azərbaycanda keçirilən seçkilər və ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı müsbət hesabatlar hazırlanması qarşılığında Avropa Birliyi rəsmilərinin rüşvətlə ələ alınması iddiaları ilə bağlı araşdırma aparılmasını tələb edir.