12 September 2017

3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu son 2 ildə itkinlərə aid siyahıların dəqiqləşdirilmə sahəsində ciddi və təxirəsalınmaz işlər aparır. Hazırda bu iş yekunlaşıb. Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklərin edilməsi mümkündür". 

DTX-dan “WiFi” xəbərdarlığı

"Azərbaycanın düşmənlə təmas xətti yaşayış məntəqələrinə yaxın məsafədə yerləşib. Bu səbəbdən ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir və bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər".

Bu il buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlərə əlavə şans verildi

Dövlət İmtahan Mərkəzi 2017-ci ildə keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 16-da əlavə imtahan keçirəcək.

DİM-dən  verilən məlumata görə, buraxılış imtahanları Bakı, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.