11 September 2017

Bu şosedə hərəkət 2 günlük məhdudlaşdırılır

Yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Deputat: “Avropa Parlamentinin iclasında Mixeil Saakaşvili ilə bağlı məsələ qaldırılacaq”

"Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qurbernatoru Mixeil Saakaşvili ilə bağlı məsələ Avropa Parlamentinin iclasında qaldırılacaq".

 “Lenta.ru”ya istinadən xəbər verilir ki, bunu Avropa Parlamentinin deputatı Yatsek Sariuş-Volski bildirib.

ABŞ-da baş verən 11 sentyabr terror aktlarından 16 il ötür

2001-ci ildə ABŞ-da törədilmiş 11 sentyabr terror aktlarından 16 il ötür. Bazar ertəsi kişi, qadın və uşaqlar da daxil olmaqla 2977 nəfərin ölümü ilə nəticələnən faciə qurbanlarının xatirəsi anılacaq.

"Report" xəbər verir ki, matəm mərasimi Manhettendə terror aktları qurbanlarının xatirəsinə ucaldılmış memorialın qarşısında başlayacaq.