08 September 2017

Hərbi xidmətlə bağlı qanun dəyişdirilir

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir. Modern.az-ın məlumatına görə, qanunun 4.2-ci bəndində qeyd edilib ki, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə aparılır. Beləliklə də çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan qurumlar dəyişdirilir.

Şeyxülislam Qareginlə görüşdə Dilqəmlə Şahbazın məsələsini qaldıracaq

Bu  gün Moskva Qarabağla bağlı daha bir görüşə ev sahibliyi edir. Bu dəfə dini liderlər bir araya gəlir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katalikosu II Qaregin arasında hazırda görüş keçirilir. Görüşün təşəbbüskarı isə bütün Rusiyanın və Moskvanın patriarxı Kirilldir.

“Akif Əli cəzalanacaq”- Baş nazirin müavinindən sərt açıqlama

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük səs-küyə səbəb olub.Məsələnin ciddiliyini və böyük səs-küy yaratdığını nəzərə alaraq Bizimyol.info saytı Baş nazirin müavini Abid Şərifovla əlaqə saxlayıb.O saytımıza açıqlamasında məslədən xəbərdar olduğunu, Akif Əlinin böyük yanlışlığa yol verdiyini bildirib.

"Nardaran işi 4": Əbülfəz Bünyadov barəsində əlavə tibbi ekspertiza keçiriləcək - Video

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib.

“Lütfi Zadə haqda başqa nə deməli idim axı?! Hansısa cinayət işlətmişəm?” - Akif ƏLİ

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsi cəmiyyətdə səs-küyə səbəb olub. Rəsmi qurumun mətbuat xidmətinin bu cür fikirlər səsləndirməsi sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.

"Verilişlərin səviyyəsi çox aşağıdır" - MTRŞ sədri

"Azərbaycanda televiziya kanallarında alkoqollu içkilərin reklam saatlarına ciddi nəzarət olunur. Axşam saat 11-ə qədər birmənalı şəkildə heç bir televiziya kanalı alkoqollu içkilərin reklamını verə bilməz".

Trend-ə istinadən xəbər verilir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.