05 September 2017

“İctimai rəyi məhz internet mediası formalaşdırır”

“Təxminən 10 il əvvəl internet medianın rolu və perspektivi barədə tam qənaətə gəlmək, yekun fikir bildirmək bəlkə də mümkünsüz idi. Ancaq indi qətiyyətlə söyləmək olar ki, dünyada ictimai rəy məhz internet üzərindən yayımlanan media resursları vasitəsilə formalaşır. Azərbaycanda da durum eynidir. Yəni ölkəmiz də təbii prosesdən, həm onun müsbət, həm də mənfi tərəflərindən uzaq deyil”.

"Suriyada vəziyyət köklü şəkildə dəyişib"

Suriyada vəziyyət köklü şəkildə dəyişir

Rakurs TV-nin məlumatına görə, bunu Çində keçirilən BRİCS toplantısında Rusiya prezidenti Vladimir Putin deyib. Çində Rusiya, Çin, Hindistan, Brazilya və Cənubi Afrika Respublikası prezidentlərinin görüşü baş tutub. Toplantıda çıxış edən Rusiya prezidenti Suriyada vəziyyətin hökumət qüvvələrinin xeyrinə dəyişdiyini bildirib:

Mətbuatda ciddi araşdırmalar yoxdur - Tanınmış jurnalistlər səbəblərdən danışdılar

Bu gün Azərbaycan mətbuatında  jurnalistikanın müxtəlif janrlarından istifadə olunur. Xüsusilə xəbər və müsahibə janrlarına daha çox müraciət edilir.  Lakin jurnalist araşdırmalarına çox az rast gəlirik. Halbuki, jurnalist araşdırması önəmli yenilikləri ehtiva etməsi və cəmiyyət üçün böyük əhəmiyyətə malik olması ilə digər janrlardan fərqlənir.

Türkiyə və Myanma prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Myanmanın dövlət başçısı Aun San Su Çjin arasında telefon danışığı olub.

Tərəflər əsasən Arakanda müsəlman-rohingyalıların hüquqlarının pozulması böhranının həlli yollarını və bölgə əhalisinə humanitar yardımların çatdırılması məsələsini müzakirə ediblər.

Prezidentin mətbuat xidməti Sorosu ittiham etdi

Azərbaycan Prezidentinin mətbuat xidməti sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrlə əlaqədar məlumat yayıb. 

Rakurs TV xəbər verir ki, məlumatda deyilir: 

ABŞ-ın cəsus təyyarələrini İran necə "tutdu"

İranın havadan müdafiə qüvvələri son 6 ayda Birləşmiş Ştatlara məxsus casus təyyarəsini və dronu ölkənin hava məkanı yaxınlığından "qovmalı" olub. Bu barədə “The Daily Mail” yazır.

İran hava hücumundan müdafiə qüvvələrinin komandanı, briqada generalı Fərzad İsmail deyib ki, RQ-4 tipli pilotsuz dronu ölkənin hava sərhədinin yaxınlığında ötən həftə "tutulub".

Onlar bələdiyyə sədrlərini cərimələyə bilməz – Deputat Milli Məclisdə məsələ qaldıracaq

“Bələdiyyələrin fəaliyyətində nöqsanlar var. Son zamanlar şahidi oluruq ki, tullantıların yandırılmasına görə, bələdiyyə sədrləri 2000, 3000 manat cərimə olunurlar. Axı tullantıların toplanması, yığılması, məhv edilməsi bələdiyyələrin səlahiyyətinə aid deyil. Bununla əlaqədar yerlərdə müvafiq orqanlar var”.