04 September 2017

"Arakan Xilas Ordusu" üsyana başladı: Budda məbədi yandırıldı - Video

Myanmanın "Arakan Rohindjin Xilası Ordusu" Rakhayn ştatındakı budda məbədlərini yandırmağa başlayıb.

APA TV-nin məlumatına görə, məbədlərdəki budda heykəlləri üzərində vandalizm aktı törədilib, ərazidə yandırılmış budda məbədləri aşkarlanıb. Qeyri-sabit vəziyyət səbəbindən ştatdakı 400 məktəb fəaliyyətini dayandırmalı olub.

Myanmada müsəlmanları dəstəkləməzsə - Kadırov Rusiyaya qarşı çıxacağını bildirib - Video

Çeçenistan başçısı Ramzan Kadırov dünən özünün İnstaqram səhifəsində canlı yayımda Myanmada müsəlmanlara qarşı törədilən soyqırımını şərh edib. Xatırladaq ki, dünən Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.