01 September 2017

Aşağı büdcəli "Buta Airways” ilk reysini həyata keçirib

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti olan “Buta Airways” bu gün ilk reysini Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gerçəkləşdirib. APA-ya istinadən xəbər verilir ki, Tbilisi beynəlxalq aeroportunda təyyarənin rəsmi qarşılanma mərasimi keçirilib. İlk aviareysin sərnişinlərini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və “Buta Airways”in nümayəndələri qarşılayıblar.

Prezident seçkisinin nəticəsi saxtakarlığa görə ləğv edildi

Keniyanın Ali Məhkəməsi ölkə tarixində ilk dəfə olaraq prezident seçkilərinin nəticələrini ləğv edib. Bu yaxınlarda keçirilmiş prezident seçkilərinin nəticələri saxtakarlıq iddiaları ilə böyük qalmaqala səbəb olmuşdu. Ali Məhkəmə seçkilər prosesində baş vermiş qanun pozuntuları faktlarına əsaslanaraq nəticələri ləğv edib və yeni prezident seçkilərinin 60 gün ərzində keçirilməsi qərarını verib.

Türkiyədə bazarın bütün ərzaqları əhaliyə pulsuz paylanıldı - Video

Türkiyədə Qurban bayramı günü bazarın bütün ərzaqları əhaliyə pulsuz paylanıb. Türkiyə mediasına istinadən xəbər verilir ki, bir holdinq sahibi qurban bayramı ilə əlaqədar İstanbulda səmt bazarlarından birində satılan məhsulların hamısını satın alıb. Daha sonra isə həmin məhsulların əhaliyə pulsuz paylanılmasını təmin edib. İş adamının kimliyi belə bilinmir.

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edib. Mərkəzdən verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə sentyabrın 1-dən 6-dək ixtisas seçimi aparılacaq.

"Amerika hətta PKK terror təşkilatını qoruyan bir ölkə səviyyəsinə düşüb" - Ərdoğan

"ABŞ-da mühafizəçilərimə qarşı cinayət işi açılması bir skandaldır. Bu həm də Amerikada ədalət sisteminin necə çalışdığının çox açıq göstəricisidir. BMT Baş Assambleyasına gələn qonaqları ABŞ-ın təhlükəsizlik orqanları qorumalıdır. ABŞ üzərinə düşən bu məsuliyyəti yerinə yetirmirsə, orada bizə hücum edən PKK terror təşkilatı mənsublarına qarşı mənim mühafizəçilərim öz vəzifəsini yerinə yetirməyəcəkmi?

RATİ Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara çağırıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Bakı Apellyasiya Məhkəməsinin veteran jurnalist Mehman Əliyevin həbsdə saxlanılmasına dair dünənki qərarını pisləyir. RATİ Avropa İttifaqı, Avropa Şurası, Amerika Birləşmiş Ştatları və Kanadanı fundamental insan hüquqlarına qarşı hörmətsizliyin bütün mümkün hədlərini aşmış Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.