14 July 2017

"Bayaqdan elə bil teatr izləyirəm" - Nardaran işi 2

İyulun 14-də "Nardaran işi" üzrə təqsirləndirilən Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və üzvləri Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alışov, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Mayıl Bayramovun sədrlik edib.

Lapşinə 6 il 6 ay həbs istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan blogger Aleksandr Lapşinin mühakiməsi davam edir. Hakim Əlövsət Abbasovun sədrliyi ilə iyulun 14-də keçirilən məhkəmədə prokuror çıxış edib. Dövlət ittihamçısı Aleksandr Lapşinin 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

“Sergey Şoyqu mənə zəng etdi, “bu işi dayandır” dedi”

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov RİA Novosti agentliyinə müsahibə verib. Qeyd edək ki, bu, Həsənovun nazir postunda xarici mətbuata verdiyi ilk geniş müsahibəsidir. 
 
Son günlər təmas xəttində baş verən insidentə diqqət çəkən nazir ermənilən dinc sakinləri qəsdən vurduqlarını bildirib:

Novruzəli Orucov, çətin durumda

Məlum olduğu kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov işdən qovuldu və o, özü də etiraf etdi ki, oğlunun zibilinə düşüb. Onun sözlərinə görə, əvvəl bir dəfə Prezident onu bağışlasa da, bu dəfə onu bağışlamaq mümkün olmadı... Bu arada "Təzadlar"a daxil olan məlumata görə, Prezident İlham Əliyevin sədrliyi ilə srağagün keçirilən müşavirədən sonra Novruzəli Orucovun fəaliyyətinin yoxlanılması barədə Baş Prokurora göstəriş verilib.