13 July 2017

"Belə çıxır ki, bu adamlar həmin kitabı "Bandotdel"də yazıblar" - Nardaran işi - Video

İyulun 13-də Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təqsirləndirilən digər 16 şəxsin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. 

Azərbaycanda məmur atalarının axırına çıxan gül balalar – SİYAHI

Son günlər cəmiyyətdə məmur övladlarının harınlığı, özbaşınalığı ciddi müzakirələrə səbəb olub. Ölkə prezidentinin dəfələrlə xəbərdarlığına baxmayaraq bəzi məmurların “gül balaları” harınlıq etməkdən çəkinmirlər. Amma hər dəfə də belə bir harınlıq atalarının işdən atılması ilə nəticələnir.

General oğlunu cəzalandıran yol polisinə vəzifə verildi

Daxili işlər naziri, general-polkovnik Ramil Usuobovun əmri ilə İdarənin Axtarış şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Cəfərov tutduğu vəzifədən azad edilib. O, Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib.

Bakı şəhər DYP-nin inspektoru, polis mayoru Yasir Qurbanov isə İdarənin Axtarış şöbəsinin rəisi təyin edilib.

"Çovdarov yalan danışır"

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara eks metropoliten rəisi münasibət bildirib.

Həyat yoldaşı Tağı Əhmədov barədə deyilənlərlə bağlı açıqlama verdi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara həyat yoldaşı Salatın Əhmədova aydınlıq gətirib.